“Bütün böyük klublar güclənib” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi açıqlama verib.

Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, argentinalı hücumçu, yay transfer pəncərəsi dövründə Avropa klublarının fəaliyyətindən danışıb:

“Düşünürəm ki, hər klub ehtiyacı olduğu oyunçularla güclənib. Hər kəs “Atletiko”nun zəifləyəcəyini düşünürdü. Əsas oyunçularını satdılar, ancaq hazırda onlar yaxşı transferlər edib və yaxşı komanda qurublar.

“Real”ın da gücləndiyini deyə bilərəm. Ümumilikdə, heyətlərini qorudular və Eden Hazard kimi vacib oyunçu transfer etdilər. “Yuventus” və “Mançester Siti” də yaxşı heyət qurub, daha da gücləniblər. İndi rəqabət daha da yaxşılaşıb və bütün böyük klublar güclənib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button