Əvəzlənməsinə hirsləndi, təpik atdı – FOTO

“Real”ın futbolçusu Lukas Vaskes “Betis”lə oyunda (0:0) əvəzləndiyi üçün əsəblərini cilovlaya bilməyib.

Komanda.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti 59-cu dəqiqədə onun əvəzinə Dani Karvahalı meydana buraxıb. Vaskes əvəzləndikdən sonra texniki zonada ehtiyat oyunçular skamyasına təpik atıb. Klubun inzibatçısı ona gödəkçəni verdikdən sonra Vaskes var gücü ilə onu kənara tullayıb.

Vaskes “Real”da oyun praktikasının azlığından əziyyət çəkir. O, cari mövsümdə 12 matçda forma geyinib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button