Əvəz Tağıyev Avropa birinciliyində 5-ci yeri tutdu

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Komanda.az xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar.

Onlardan ilk olaraq Əvəz Tağıyev artıq körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 213 kq (95+118) nəticə ilə 5-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button