“Əsrarəngiz döyüşlər bizi gözləyir” – Kroyff

“Barselona”nın idman direktoru Jordi Kroyff İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”a qarşı oyunları haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, “el klasiko”nu bütün dünya üçün maraqlı hesab edir:

“Şübhəsiz ki, bu görüşlər təkcə İspaniya üçün deyil, həm də bütün dünya üçün çox maraqlı olacaq. Bizim tarixi qarşıdurmamız var. Bütün məqamlarda onlarla mübarizə aparırıq. Əsrarəngiz döyüşlər bizi gözləyir”.

Digər yarımfinal cütündə isə “Atletik” (Bilbao) və “Osasuna” komandaları üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button