Ərəblərin həftəlik 600 minlik təklifini qəbul etmək istəmir

“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha çətin ki, “Əl-Nəsr”ə keçsin.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi Səudiyyə Ərəbistanı klubu Fil Dişi Sahilindən olan 30 yaşlı futbolçuya həftəlik təxminən 600 min funt-sterlinq dəyərində 2 illik müqavilə təklif edib.

Bununla belə, böyük ehtimalla, Zaha bu təklifdən imtina edəcək. Halbuki indiki klubu “Kristal Pelas” ona üç dəfə az – həftədə 200 min maaş təklif edir.

Futbolçu karyerasını Avropada davam etdirməyə üstünlük verir.

Zaha bu il iyunun 30-da azad agent ola bilər.

O, ötən mövsüm Premyer Liqanın 27 oyununda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button