Ərəblərdən Rusiya klubuna 50 milyon avroluq təklif

“Barselona”nın keçmiş futbolçusu, Rusiya “Zenit”inin hücumçusu Malkom karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu üçün Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubundan “Zenit”ə 50 milyon avro təklif olunub. Artıq futbolçunun özü ilə illik 10-12 milyon avro maaşla müqavilə razılaşdırılıb.

Malkom 2019-cu ildən “Zenit”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button