Ərəblər Messinin komanda yoldaşını da istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu PSJ-nin futbolçusu Marko Verrattini transfer edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” “Barselona”nın futbolçuları Serxio Buskets və Jordi Albaya PSJ-nin hücumçusu Lioenel Messini komandaya qoşulmağa razı salmaq üçün təkliflər edib. Bundan əlavə, Səudiyyə Ərəbistanı klubu Messinin PSJ-dəki komanda yoldaşı Marko Verrattiyə də təklif göndərməyi planlaşdırır.

Verratti PSJ ilə bu mövsüm Liqa 1-də 25 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button