Əliyevin komandası ÇSKA ilə bacarmadı

Rusiyanın “Ufa” klubu İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi sözügedən kollektiv Moskva ÇSKA-sı ilə qarşılaşıb.

“Ufa” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. İlk yarıda qapısında qol görən Əliyevin komandası matçın sonlarında bərabərlik qolunu vursa da, əlavə olunan dəqiqələrdə daha bir top buraxıb.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button