Əliyevdən “Arsenal”da 2-ci qol

Futbol üzrə Rusiya Birinci Liqasında 7-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yenisey”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 23-cü dəqiqədə Kamran vurub. Bu, onun “Arsenal”dakı 2-ci qoludur.

“Arsenal” 7 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button