Əliyar Ağayev Super Liqa matçını idarə etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.

Komanda.az xəbər verir ki, 35 yaşlı referi “Panatinaikos” və “Aris” komandaları arasında çempionluq qrupunun 6-cı tur matçında ədaləti qoruyub. Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib.

“Panatinaikos”un 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda Ağayev 45-ci dəqiqədə “Aris”in üzvü Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. O, futbolçuları 6 sarı vərəqə ilə də cəzalandırıb.

Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik “Aris” isə 4-cü sıraya enib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button