Əliyar Ağayev İngiltərə millisinin oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev U-21 yığmaların Avropa çempionatında növbəti təyinatını alıb.

Komanda.az xəbər verir ki, Ağayev C qrupunun sonuncu turunun İngiltərə – Almaniya matçını idarə edəcək. 

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək olacaq. 

Oyun iyunun 28-də “Batumi Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button