Əliyar Ağayev Avropa çempionatının açılış matçını idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, iyunun 21-də Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button