Parisdə tibbi müayinədən keçdi – Ərəblər üçün

“Zenit”in hücumçusu Malkom “Əl-Hilal”a keçməzdən əvvəl bu səhər Parisdə tibbi müayinədən keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu yaxın vaxtlarda Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalayacaq.

“Zenit”in baş direktoru Aleksandr Medvedev futbolçunun transfer məbləğinin 60 milyon avro olacağını bəyan etmişdi.

Malkom 2022/2023 mövsümündə Rusiya klubunun heyətində bütün yarışlarda 33 oyun keçirib, 26 qol vurub və 7 məhsuldar ötürmə edib. O, son mövsümdə Rusiya çempionatının ən yaxşı oyunçusu və ən yaxşı hücumçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button