“Əl-Hilal” “Latsio”nun futbolçusu üçün 40 milyon avro təklif edib

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkovic-Saviç “Əl-Hilal”dan təklif alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 28 yaşlı serbiyalı üçün “Latsio”ya 40 milyon avro təklif edib.

Milinkovic-Saviçin özünə “Əl-Hilal”la 3 illik müqavilə təklif olunub.

Yarımmüdafiəçi 2015-ci ildən “Latsio”da çıxış edir. Onun Roma klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button