Ələskərovlu “Bursaspor”dan rekord göstərici

Türkiyənin “Bursaspor” klubu TFF 1-ci liqada yeni rekordla diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun da formasını geyindiyi bu komanda 36-cı tur çərçivəsində doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. Sözügedən qarşılaşmada Bursa təmsilçisini dəstəkləmək üçün arenaya 35 mindən çox azarkeş gəlib. Bu isə TFF 1-ci liqa tarixində yeni rekord kimi tarixə düşüb.

Namik də bu görüşün 75-ci dəqiqəsindən etibarən meydanda olub. Məhz onun meydana çıxmasından sonra komandası əlavə vaxtda qələbə qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button