37-ci çempionluq

Portuqaliya çempionatında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, sonuncu – 34-cü turda “Santa Klara”nı 4:1 hesabıyla məğlub edən “Benfika” cari mövsümün qalibi olub.

Ən yaxın izləyicisi “Portu”nu 2 xal qabaqlayan “Benfika”, klub tarixində 37-ci liqa çempionluğunu əldə edib.