“Ən böyük gücümüz rəqibi təzyiq altında saxlamaqdır” – Flik

UEFA Çempionlar Liqasının yarımfinalında “Lion”a (Fransa) 3:0 hesabı ilə qalib gələn Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, final oyununa vəsiqə qazandıqları qarşılaşma və həlledici matçdakı rəqibləri PSJ ilə bağlı bunları deyib:

“Matçın çətin keçəcəyini bilirdik, “Lion” “Yuventus” və “Mançester Siti”yə qarşı əla oyun göstərib. Rəqib taktiki olaraq çox güclüdür və oyunun əvvəlindən bizə problem yaradacağını bilirdik. Oyun ərzində daha yaxşı müdafiə olunmağımızın lazım olduğunu anlayırdıq.

PSJ mükəmməl komandadır. Bəzi nüansları təhlil edəcəyik, rəqibin heyətində sürətli futbolçuların olduğunu bilirik. Müdafiəni necə təşkil edəcəyimizi düşünəcəyik. Ən böyük gücümüz rəqibi təzyiq altında saxlamaqdır”.

PSJ və “Bavariya” arasında final matçı avqustun 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button