Əliyevin komandası İspaniyaya yollandı

Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Rusiyanın “Ufa” klubu təlim-məşq toplanışı çərçivəsində İspaniyaya yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb. “Ufa”nın baş məşqçisi Dmitri Kiriçenko toplanışa 25 futbolçu aparıb. Azər Əliyev də İspaniyaya yollanan oyunçular arasındadır.

“Ufa” İspaniyada üç yoxlama oyunu keçirəcək. Fevralın 15-də İspaniyanın “Almeriya”, 19-da Gürcüstanın “Lokomotiv” klubuyla qarşılaşacaq “Ufa”, son yoxlama matçını Moskva ÇSKA-sına qarşı keçirəcək. “Ufa” – ÇSKA görüşü fevralın 23-də keçiriləcək.