Zidanın oğlu klubsuz qaldı

“Rayo Valyekano”nun qapıçısı Luka Zidan klubu tərk edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı fransalının müqaviləsi iyunun 30-da başa çatıb.

Zidan “Rayo Valyekano”ya 2021-ci ilin yayında azad agent kimi keçib. “Real”ın yetirməsi ötən mövsüm 13 oyun keçirib, 17 qol buraxıb və iki dəfə qapısını toxunulmaz saxlayıb.

Luka Zinəddin Zidanın oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button