MY 17 milyon avroluq transferə hazırlaşır

“Mançester Yunayted” yarımmüdafiəçi Adrien Rabiot üçün “Yuventus”la razılığa gəlib.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu 17 milyon avroya İngiltərə klubuna keçəcək. “Qırmızı şeytanlar”ın direktoru Con Murtauq transferin son detallarını müzakirə etmək üçün yarımmüdafiəçinin anası və agenti ilə görüşməyə hazırlaşır.

Rabiot ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 45 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button