“Yaxşı oynamadığımızı bilirik” – Kazemiro

İspaniya La Liqasının son turunda “Valensiya”ya 1:2 hesabı ilə məğlub olan “Real”ın futbolçusu Kazemiro açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, rəqibin güclü olduğunu deyib:

“Rəqibin güclü olduğu ilə razılaşıram. Bu gün çətin oyun oldu. Biz qalib gəlməyə, mübarizə aparmağa çalışdıq, amma hesab 1:2 olarkən, artıq gec idi. Yaxşı oynamadığımızı bilirik, amma davam etməliyik.

Biz həm məşqlərdə, həm də oyunlarda daha yaxşısı üçün çalışmalıyıq. Bu mövsüm bizim üçün çətin idi. Buna baxmayaraq, mübarizə aparmağa davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button