Vertongenin yeni klubu bəlli oldu

“Tottenhem”in sabiq futbolçusu Yan Vertongen klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Benfika”dan (Portuqaliya) “Anderlext”ə (Belçika) keçib.

Bu barədə klubların rəsmi saytları məlumat yayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Vertongen keçirdiyi matçların sayına görə Belçika millisinin rekordçusudur. O, yığma ilə 139 görüşdə iştirak edib. Yan 2012-2020-ci illərdə “Tottenhem”in formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button