Ukrayna klubunun 13 futbolçusunda koronavirus aşkarlandı

Ukraynanın “Metallurq” klubunda koronavirus infeksiyasına kütləvi yoluxma halı aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Zaporojye təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxdığı diqqətə çatıdırlıb. Onların hamısı karantinə alınıb, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Ukraynanın 2-ci liqasında çıxış edən komanda 11 xalla 16 komanda arasında 15-ci yerdədir.