Üç futbolçu və baş məşqçidə koronavirus aşkarlandı

Belçikanın “Brügge” klubunun baş məşqçisi Filipp Kleman koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssislə yanaşı, futbolçulardan Stefano Densvil, Matey Mitroviç və Hans Vanakenin də testi poitiv çıxıb.

Onların hamısı karantinə alınıb. Bu üzdən həm baş məşqçi, həm də futbolçular Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Ukraynada keçiriləcək Kiyev “Dinamo”su ilə ilk matçı buraxacaqlar.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Dinamo” – “Brügge” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button