Türkiyə Kubokunda 16 illik sindroma son qoyuldu

Futbol üzrə Türkiyə Kubokunda 16 illik “tilsim qırılıb”.

Komanda.az xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfə aşağı liqa təmsilçisi Türkiyə Kubokunda yarımfinala yüksəlib.

Buna Super Liqa təmsilçisi “Trabzonspor”u mübarizədən kənarlaşdıran 1-ci liqa klubu “Ümraniyəspor” nail olub. Sözügedən klub Trabzon təmsilçisini 3:1 hesabıyla məğlub edərək 16 illik sindroma son qoyub.

Sonuncu dəfə belə bir uğura 2002/03 mövsümündə 1-ci liqada mübarizə aparan “Rizəspor” imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button