“Traktor”dan ardıcıl 3-cü məğlubiyyət

Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Sepahan”la qarşılaşıb. “Xəzər Lənkəran”ın türkiyəli sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı “traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 2:0. Bu, əvvəlki turlarda 5 qələbə, 2 heç-heçəsi olan sözügedən komandanın ardıcıl üçüncü məğlubiyyətidi.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Zobahan”la üz-üzə gələcək.

“Traktor” hazırda 17 xalla 16 kollektiv arasında 5-ci, “Maşinsazi” isə 9 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button