17 yaşlı hücumçu “Real”la “Barselona”nın hədəfində

“Tottenhem”in gənc futbolçusu Troy Perrott Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı hücumçu ilə “İnter”, “Yuventus”, “Barselona” və “Real” yaxından maraqlanır. “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonun da gənc oyunçunu əsas komandaya cəlb etməkdə maraqlı olduğu bildirilir.

“Tottenhem”in B komandasında çıxış edən Perrott, bu mövsüm Premyer Liqa 2-də bir oyuna 2 qol vurub.

Perrott 19 yaşadək futbolçulardan ibarət İrlandiya millisinin də formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button