Emil Balayevin 429 dəqiqəsi

“Tobol”da çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstan çempionatında 429 dəqiqədir ki, qol buraxmır.

Komanda.az xəbər verir ki, bu barədə “Tobol” klubunun rəsmi saytı məlumat yayıb. Balayevi bu göstəricidə “Jetısu”nun qapıçısı Almat Bekbaev izləyir. 34 yaşlı qolkiper 270 dəqiqədir ki, qapısında qol görmür.

Emil Balayev sonuncu dəfə iyulun 28-də, “Kaysar”la keçirilən görüşdə qol buraxmışdı. Onun komandası həmin qarşılaşmada 2 cavabsız qolla məğlub olmuşdu.

Emil hazırkı mövsümdə Qazaxıstan çempionatında ən uzun “quru seriya”ya malik qapıçı ünvanını daşıyır. O, bundan əvvəl 683 dəqiqə qapısını toxunulmaz saxlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button