Təbriz klubu səfərdən 1 xalla döndü

Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Persepolis”lə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Təbrizin daha məşhur “Traktor” klubu isə bu tur doğma meydanda “İstiqlal”la qarşılaşacaq.

“Traktor” hazırda 17 xalla 16 kollektiv arasında ikinci, “Maşinsazi” 9 xalla 10-cudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button