Super Liqa klubunun yeni transferində koronavirus aşkarlandı

Türkiyənin “Ərzurumspor” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə koronavirusa yoluxanlardan birinin bu yay transfer olunan Arturo Mina olduğu diqqətə çatdırılıb. Ekvadorlu futbolçu ölkəsində koronavirus testindən keçib. Onun analizinin nəticəsi müsbət çıxdığı üçün ev şəraitində karantinə alınıb.

Klub bu gün daha bir futbolçusunda koronavirus aşkarlandığını bəyan edib. Lakin Minadan fərqli, həmin oyunçunun adı açıqlanmayıb. O da evində karantinə alınıb.

Yeri gəlmişkən, “Ərzurumspor” “Ümraniyəspor”dan Məhəmməd Gönülaçarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button