“Sportinq”də daha bir erkən vida

Portuqaliyanın “Sportinq” klubu Luiş Naninin ardından daha bir futbolçusu ilə erkən vidalaşmalı olub.

Komanda.az xəbər verir ki, Lissabon təmsilçisi hollandiyalı hücumçusu Lyuk Kastanyosla müqaviləyə vaxtından əvvəl xitam verib. Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.

26 yaşlı hollandiyalı forvardın “Sportinq”dən ayrılmasına Cənubi Koreyanın “Kyonnam” klubundan aldığı cəlbedici təklif səbəb olub. Artıq o, yeni klubunun düşərgəsinə qoşulub və tezliklə rəsmi müqaviləyə imza atacaq.

Xatırladaq ki, bir neçə gün öncə Nani də “Sportinq”dən azad agent kimi ayrılaraq ABŞ-ın “Orlando Siti” klubuna transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button