“Sabah” yeni seçimlərə başladı

“Sabah” Futbol Klubunun akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramında iştirakla bağlı seçimlərə başlayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, təcrübə proqramının müddəti 2 ildir. Təcrübə proqramına 18-28 yaşlı gənclər müraciət edə bilər. Namizədlərin ingilis dili biliyinin olması vacibdir.

Təcrübə proqramı könüllülük əsasında həyata keçiriləcək. Könüllülərin nəqliyyat xərcləri isə akademiya tərəfindən qarşılanacaq.

Təcrübə proqramında iştirak etmək istəyənlər “www.intern.sabahfc.az” ünvanında qeydiyyatdan keçməlidir.

Son müraciət tarixi sentyabrın 10-na qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button