Salah 170 milyon avroluq təklifə “yox” deyib

“Liverpul”un futbolçusu Məhəmməd Salah “Real” və “Yuventus”un təkliflərini rədd edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Real” və “Yuventus” misirli futbolçunu transfer etmək üçün hərəkətə keçib. Hər iki klub Salah üçün 170 milyon avroluq təklif hazırlasalar da, 27 yaşlı futbolçu bu təkliflərdən imtina edib.

Salahın “Liverpul”un heyətində Premyer Liqa çempionu olmaq istədiyi və heç bir təklifi qəbul etməyəcəyi bildirilir.

Son mövsümdə Mersisayd klubu ilə Çempionlar Liqasının qalibi olan Salah, “Liverpul”un heyətində iştirak etdiyi 52 oyunda 27 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button