“Real”ın prezidentindən qış dövrü üçün transfer qərarı

İspaniyanın “Real” klubunun qış transfer pəncərəsi dövrü üçün planı məlum olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” qış fasiləsində heç bir transfer etməyəcək. Bu qərarı komandadakı məşqçilərin fikirlərinə əsaslanan klub prezidenti Florentino Peres verib. Yalnız hansısa futbolçu uzun müddətli zədələnərsə, transfer həyata  keçirilə bilər.

Klub rəhbəri, baş məşqçi Zinəddin Zidanın yay fasiləsində transfer etdiyi futbolçularla uğurlu çıxışa nail olacağına inanır.

“Real” yayda transferlərə 303 milyon avro xərcləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button