Ramil Şeydayev rəsmən Moskva “Dinamo”sunda!

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin Moskva “Dinamo”suna transferi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı hücumçunun geridə qalan mövsümdə formasını geyindiyi “Krılya Sovetov”la müqaviləsinin müddəti bitdiyindən, o, “Dinamo”ya azad agent kimi keçib. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Ramil ötən mövsüm “Krılya Sovetov”la 20 oyuna çıxıb, 4 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button