Qurbanov “Qarabağ”ı tərk edəcək futbolçuların adını açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlamışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. “Neftçi” yaxşı mövsüm keçirdi, onları təbrik edirəm.
  • Rəşad Sadıqovla bağlı ilk hissədə problem oldu…
  • 45 dəqiqə Rəşad üçün bəs idi. Bir az əsəbləşmişdi. Qarşıda milli komandanın oyunu var. Rahil Məmmədov və Bədavi Hüseynovun bir yerdə oynaması üçün dəyişiklik etdim.
  • Miçel sanki pis təsir bağışladı…
  • Miçel köhnə mövqeyinə qayıtmışdı. Ona görə bir az zəif təsir bağışladı. Onun meydanda düşünmə qabiliyyəti bizim üçün vacibdi.
  • Komandadan gedəcək futbolçular bəllidirmi?
  • İnnosent Emeqaranın müqaviləsini yeniləmədik, yollarımızı ayıracağıq. Reynaldo ilə də yollarımızı ayıracağıq. Donald Gerye bizimlə qalacaq. Tam razılaşmasaq da, danışacağıq. Yakub Jezniçakın da müqaviləsini uzatmadıq. Rəşad Sadıqovun müqaviləsini bir illik uzatdıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button