“Qızıl top”: Messi və əsas rəqibləri nə qədər səs toplayıb?

Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messinin “Qızıl top” mükafatı üçün topladığı xalların sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu 613 xalla birinci olub.

Argentinalı forvard Almaniyanın “Bayern” klubunda çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb. Polşalı oyunçu 580 xalla ikinci olub. İngiltərənin “Çelsi” komandasının italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. “Mançester Yunayted”dən Kristiano Ronaldo isə 178 xalla 6-cı yerdə qərarlaşıb.

Sorğuda iştirak edən jurnalistlər ən yaxşı 5 oyunçunu müəyyən ediblər. Birinci yerin sahibi 6 xal, ikincilər 4 xal, üçüncü yeri tutan 3 xal, dördüncü 2 xal, beşinci sıradakı isə 1 xal alıb.

Ən çox səs toplayan 10 futbolçu:

  1. Lionel Messi (Argentine, “Barselona”/PSJ) – 613 xal
  2. Robert Levandovski (Polşa, “Bayern”) – 580
  3. Jorjinyo (İtaliya, “Çelsi”) – 460
  4. Kərim Benzema (Fransa, “Real”) – 239
  5. Nqolo Kante (Fransa, “Çelsi”) – 186
  6. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”, “Mançester Yunayted”) – 178
  7. Məhəmməd Salah (Misir, “Liverpul”) – 121
  8. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 73
  9. Kilian Mbappe (Fransa, PSJ) – 58
  10. Canluici Donnarumma (İtaliya, “Milan”/PSJ) – 36
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button