UEFA “Qarabağ”ın oyununun hakimlərini dəyişdirdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Sivasspor”la oyununun hakimləri dəyişdirilib.

Komanda.az xəbər verir ki, oyun İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Görüşü Sandro Şarer idarə edəcək. Ona köməkçiləri Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.

Oyun daha əvvəl portuqaliyalı Joao Pineyroya tapşırılmışdı. Dördüncü hakim isə dəyişməyib. Bu, portuqaliyalı Yanku Yoan Vasilisa qalacaq.

Noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button