“Qarabağ”a rəqib olmuş komandada baş məşqçi istefası

Ukraynanın “Vorskla” klubu baş məşqçisi Vasili Saçko ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Saçko 2013-cü ilin iyununda “Vorskla”da köməkçi məşqçi vəzifəsində işləyib. O, 2014-cü ilin yayından isə komandanın baş məşqçisi vəzifəsində çalışırdı.

“Vorskla” Ukrayna çempionatında 22 turdan sonra 29 xalla 7-ci sırada qərarlaşıb.

“Vorskla” UEFA Avropa Liqasının 2018/19 mövsümündə, E qrupunda “Qarabağ”, “Arsenal” və “Sportinq”lə mübarizə aparırdı. Bakıda keçirilən görüşdə “Qarabağ”ı 1:0 hesabıyla məğlub edən “Vorskla”, Ukraynadakı qarşılaşmada eyni hesabla Ağdam təmsilçisinə uduzub. Hər iki komanda 3 xalla qrupda 3-cü və 4-cü yerləri bölüşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button