“Qarabağ” “Olimpiakos”u səfərdə darmadağın etdi

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Yunanıstanda “Olimpiakos”un qonağı olub.

Qurban Qurbanovun komandası çətin səfərdən ən azı 1 xalla qayıtmağa çalışacaqdı. Yunanlar isə qrupda ilk qələbəni və ilk xallarını qazanmaq üçün mubarizə aparıblar.

“Qarabağ” bundan əvvəl Almaniyada “Frayburq”a qarşı keçirdiyi oyunda 1:2 hesabı ilə uduzub, Bakıda “Nant”ı 3:0-lıq məğlubiyyətlə yola salıb. “Olimpiakos” isə qrupda keçirdiyi hər iki oyunda məğlub olub. Ağdam təmsilçisinin qrupdan çıxmaq üçün yaxşı şansı var ki, bunun üçün Yunanıstan səfərindən xalla dönmək də vacib idi. Qurbanovun yetirmələri buna möhtəşəm qələbə ilə nail olublar.

Qrupun digər oyununda “Nant” səfərdə “Frayburq”la qarşılaşıb. Almaniya təmsilçisi ardıcıl üçüncü qələbəsini qazanıb və liderliyini qoruyub.

Avropa Liqası, qrup mərhələsi, 3-cü tur

6 oktyabr

G qrupu

Olimpiakos (Yunanıstan) – Qarabağ 0:3
Qol: K.Ovusu, 68. M.Veşoviç, 82. R.Şeydayev, 86.
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (hamısı Bosniya və Herseqovina)
Yunanıstan. “Georgios Karaiskakis” stadionu

Olimpiakos: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis (k), 6. Yann Mvila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges.
Ehtiyat oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matye Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi.
Baş məşqçi: Miçel Qonsales.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.

Frayburq (Almaniya) – Nant (Fransa) 2:0
Qol
: Kyere, 48. Qrifo, 72.

Xal: Frayburq – 9.  Qarabağ – 6. Nant – 3. Olimpiakos – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button