“Qarabağ” “Nant”ı darmadağınla yola saldı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionununda keçirilən oyunda “köhlən atlar” Fransanın “Nant” komandası ilə qarşılaşıb.

“Qarabağ” ilk turda səfərdə Almaniyanın “Frayburq” klubu ilə üz-üzə gəlmişdi və 1:2 hesabı ilə uduzmuşdu. “Nant” isə doğma meydanda Yunanıstan “Olimpiakos”unu eyni hesabla məğlub etmişdi. Qurban Qurbanovun komandası Bakıdakı görüşdə qrup mərhələsində ilk xalını qazanmağa çalışıb. Ağdam təmsilçisi buna darmadağınla nail olub.

Qrupun digər oyununda “Olimpiakos” “Frayburq”u qəbul edib. Bu oyunda isə qonaqlar böyük hesabla qalib gəliblər.

UEFA Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur

15 sentyabr

G qrupu

Qarabağ – Nant 3:0
Qol: K.Ovusu, 60. A.Zubir, 65. M.Yankoviç, 72.
Hakimlər: Enea Yorqyiy, Denis Reca, Ridiger Çokay, Yucin Caya (hamısı Albaniya)
Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdulla Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Anrade, 16. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Nant: 1. Alban Lafon (k), 2. Fabio, 4. Nikola Pallua, 8. Samuel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korçiya, 27. Mozes Simon, 31. Mustafa Məhəmməd.
Ehtiyat oyunçular: 16. Remi Deşam, 30. Denis Petriç, 3. Andrey Girotto, 5. Pedro Çirivella, 7. Evan Gessan, 11. Markus Koko, 12. Dennis Appya, 29. Kentin Merlin, 55. Abdul-Kader Bamba.
Baş məşqçi: Antuan Kombuare.

20:45 Olimpiakos (Yunanıstan) – Frayburq (Almaniya) 0:3
Qol: Hofler, 5. Qreqoriç, 25; 53.

Xal: Frayburq – 6. Qarabağ – 3. Nant – 3. Olimpiakos – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button