“Qarabağ”ın yeni transferləri AEL-lə ilk matçda iştirak edə biləcək?

“Qarabağ” klubu yeni transferləri Qaspar Panadero Zamora və Riçard Almeydanı Konfras Liqasının 3-cü mərhələsinin AEL-lə (Kipr) ilk matçı üçün sifariş edib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Komanda.az-a verdiyi məlumata görə, hər iki oyunçu baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə, AEL-lə matçda iştirak edə bilər.

“Qarabağ” AEL-lə ilk matçı avqustun 5-də, səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button