“Marsel”dən inamlı qələbə

Fransa Liqa 1-də 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Lill” “Brest”lə ev oyununda minimal hesabla üstün olub. “Lion” isə “Nim”i sınağa çəkib və səfərdə 4 cavabsız qola sevinib.

Şənbə günü beş qarşılaşma baş tutub. “Monako” “Amyen”i, “Nitsa” “Mets”i, “Renn” “Anje”ni, “Strasburq” “Tuluza”nı məğlub yola salıb. Lider PSJ isə bu turda “Monpelye” səfərinə yollanıb. Paris təmsilçisi bu görüşdən də qalib ayrılıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. Səfərdə “Reyms”lə qarşılaşan “Sent-Etyen” turu məğlubiyyətlə başa vurub. “Nant” “Dijon”u minimal hesabla üstələyib. “Marsel” isə doğma azarkeşləri qarşısında “Bordo”nu qəbul edib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

Fransa Liqa 1, 17-ci tur

6 dekabr

Lill – Brest 1:0
Qol
: Osimhen, 19.

Nim – Lion 0:4
Qol
: Depay, 16-pen; 64. Auar, 71. Andersen, 79.

7 dekabr

Monpelye – PSJ 1:3
Qol
: Paredes, 41-öz qapısına – Neymar, 74. Mbappe, 76. İkardi, 81.

Monako – Amyen 3:0
Qol
: Ben Yedder, 62. Maripan, 66. Keyta, 69.

Nitsa – Mets 4:1
Qol
: Siprien, 9; 41-pen. Qanaqo, 59. Melu, 75 – Niane, 74.

Renn – Anje 2:1
Qol
: Nyanq, 24; 80 – Alioui, 90+2.

Strasburq – Tuluza 4:2
Qol
: Kone, 7. Tomasson, 26. Ayorke, 48. Motiba, 75 – Mirin, 3. Said, 50.

8 dekabr

Reyms – Sent-Etyen 3:1
Qol
: Oudin, 10. Dia, 67. Dumbiya, 90+2 – Hamuma, 59.

Nant – Dijon 1:0
Qol
: Blas, 73.

Marsel – Bordo 3:1
Qol
: Amavi, 48. Sanson, 60. Radonyiç, 90+2 – Adli, 31.

Bombardir: Vissam Ben Yedder (Monako) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button