“Düşünmürəm ki, Mbappe PSJ-dən ayrılmaq üçün bundan istifadə etsin”

PSJ-nin baş məşqçisi Tomas Tuxel Liqa 1-in 22-ci turunun “Monpelye” ilə matçında (5:0) Kilian Mbappe ilə arasında yaşanan gərginlik haqda danışıb.

Komanda.az xəbər verir ki, “goal.com”a açıqlama verən Tuxel, bunları deyib:

“Düşünmürəm ki, Mbappe PSJ-dən ayrılmaq üçün bundan istifadə etsin. O, bizim futbolçudur və müqaviləsi var. Problem odur ki, azarkeşlər, jurnalistlər və bir çox insanlar bu haqda danışmaq istəyir. Bu, məni kədərləndirir. Halbuki meydanda danışılası müsbət şeylər çox idi”.

“Monpelye” ilə matçda Tuxel Mbappeni Mauro İkardiylə əvəzləmişdi. Fransız futbolçu baş məşqçinin bu qərarı ilə razılaşmamış və kiçik mübahisə yaranmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button