PSJ-də ağır itki: Meydanı ağlayaraq tərk etdi

PSJ ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Neymar zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransa kubokunda “Strasburq”la keçirilən matçın 62-ci dəqiqəsində ayaq biləyindən zədələnən Neymar, oyuna davam edə bilməyib. Braziliyalı futbolçu ağlayaraq, meydanı tərk edib.

Qarşılaşmadan sonra Neymar haqda açıqlama verən baş məşqçi Tomas Tuxel, hücumçunun xəstəxanada olduğunu və tibbi müayinələrdən sonra durumunun dəqiqləşəcəyini deyib.

PSJ “Strasburq”u 2:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button