Premyer Liqaya yüksələn ikinci komanda məlum oldu

İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Bornmunt” Çempionşipin 33-cü turundan təxirə salınmış oyunda “Nottingem Forest”i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib.

2-ci pillədə qərarlaşan Skott Parkerin komandası xallarını 85-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi “Nottingem Forest” üçün əltaçmaz olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri “Fulhem” olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button