Paytaxt klubunda daha bir yeni müqavilə

İtaliyanın “Roma” klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı müdafiəçisi Federiko Fasio ilə “nikah” təzələyib.

32 yaşlı futbolçu “canavarlar”la 2 illik yeni müqaviləyə imza atıb. Beləliklə, Fasio 2021-ci ilin yayına qədər “Roma”nın uğurları üçün çalışmağa davam edəcək.

Argentina millisinin sabiq üzvü 2016-cı ildən “sarı-qırmızılar”ın uğurları üçün çalışır.

“Roma” son bir həftə ərzində Cengiz Ündər, Nikolo Zaniolo və Edin Dzeko ilə də yeni müqavilə imzalamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button