“Napoli”dən ayrılacağını açıqladı – “Yuventus”la “Çelsi”nin maraqlandığı futbolçu

“Napoli”nin futbolçusu Elseid Hyusay yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə albaniyalı müdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib:

“Mən bir klubda uzun müddət qalan futbolçular kimi deyiləm. Yeni macəralar axtarıram. “Napoli”dəki vaxtım bitdi və istədiklərimi mənə verə biləcək bir klubda çıxış etmək istəyirəm”.

2015-ci ildən “Napoli”də forma geyinən Hyusayın Neapol təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var. Albaniya millisində də çıxış edən 25 yaşlı müdafiəçi ilə “Çelsi”, “Yuventus” və “Atletiko” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button