“Mançester Yunayted” onu satır – 35 milyona

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Dioqo Dalotla bağlı yeni qərar verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı futbolçunu satmaq qərarına gəlib. Klub yay transfer pəncərəsi dövründə Dalot üçün gələcək təklifləri dəyərləndirəcək. Premyer Liqa klubunun Dalotun transfer qiymətini 35 milyon funt-sterlinq olaraq müəyyənləşdirdiyi bildirilir.

2018-ci ilin yayında “Portu”dan transfer olunan portuqaliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button