Mükafat fondu 1000 manat olan turnirə start verildi

Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə “Gaming League Azerbaijan”ın təşkil etdiyi FİFA20 oyunu üzrə mükafat fondu 1000 AZN olan turnirə start verilib.

Komanda.az xəbər verir ki, seçmə mərhələdə qeydiyyatdan keçən 80
iştirakçı mübarizə aparıb və nəticədə ən güclü 8 nəfər GLA FİFA
liqasına vəsiqəni təmin edib. Hər qələbəyə görə 3 xalın qazanılacağı
liqada, bütün komandalar bir-birləriylə bir dəfə qarşılaşacaq. Görüşlər
dekabrın 22-də başlayacaq.

Eyni zamanda, GLA-in “Counter-Strike GO” oyunu üzrə də mükafat fondu 2000 AZN olan turniri davam edir. 16 komandanın iştirakı ilə keçirilən liqa 6 həftə ərzində davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button